Şənbə, Avqust 29, 2026
Sayta dəstək
  • Gizlilik Siyasəti
  • Haqqımızda
  • Əlaqə
Kibertəhlükəsizlik, Linux və Administrator
  • Linux
  • Windows
  • Kibertəhlükəsizlik
    • Kibertəhlükəsizlik xəbərləri
  • Programlar
  • Digər
    • Database
    • DevOps
    • Git
    • Proqramlaşdırma dilləri
    • Dərsliklər
    • Mobil
    • Şəbəkə
  • Özünü Sına

    Subnetting

    Phishing Simulator

    İnformatika İmtahanı

    Cyber IQ

    RootLab IT Exam

    IT Lab

    IT Karyera Testi

    İngilis Dili Testi

    CCNA 200-301 sınaq imtahanı

    Linux Exam

    Trending Tags

    • Tool

      Help Desk Simulator

      PC Builder

      Güclü şifrə yarat

      Virus Yoxla

      RootLab IP Intelligence

      Linux Lab

      Trending Tags

      • FORUM
      No Result
      View All Result
      • Linux
      • Windows
      • Kibertəhlükəsizlik
        • Kibertəhlükəsizlik xəbərləri
      • Programlar
      • Digər
        • Database
        • DevOps
        • Git
        • Proqramlaşdırma dilləri
        • Dərsliklər
        • Mobil
        • Şəbəkə
      • Özünü Sına

        Subnetting

        Phishing Simulator

        İnformatika İmtahanı

        Cyber IQ

        RootLab IT Exam

        IT Lab

        IT Karyera Testi

        İngilis Dili Testi

        CCNA 200-301 sınaq imtahanı

        Linux Exam

        Trending Tags

        • Tool

          Help Desk Simulator

          PC Builder

          Güclü şifrə yarat

          Virus Yoxla

          RootLab IP Intelligence

          Linux Lab

          Trending Tags

          • FORUM
          No Result
          View All Result
          Kibertəhlükəsizlik, Linux və Administrator
          Home Programlar

          USB Flash kartınız qısayol virusuna yoluxub?

          orxan by orxan
          11 Fevral 2026
          in Programlar
          0
          USB Flash kartınız qısayol virusuna yoluxub?
          PaylaşTwitWhatsAppTelegramda paylaş
          Oxundu: 402

          Salam hörmətli RootLab.az oxucuları, bu gün sizinlə çox yayılmış, amma çox adamın düzgün həll yolunu bilmədiyi bir problem haqqında danışacağıq USB flash kartda yaranan “qısayol virusu”

          USB-ni kompüterə qoşduğunuz anda bütün folderlərinizin birdən-birə qısayola çevrildiyini görmüsünüzsə və elə bilmisinizsə ki, fayllarınız silinib, bilin ki, əslində heç nə silinməyib, sadəcə virus onları gizlədib və yerinə saxta qısayollar yaradıb. Bu virusun əsas hiyləsi məhz budur: folderləri Hidden və System atributu ilə görünməz edir, eyni adda .lnk uzantılı qısayollar yaradır və siz həmin qısayola klik etdikcə virus həm kompüterə, həm də digər USB-lərə yayılır. Problemin təhlükəli tərəfi odur ki, istifadəçi bunu adi folder kimi açmağa çalışır və virus avtomatik aktivləşir. Ən vacib qaydanı əvvəlcədən deyək: USB-ni iki dəfə klik edib açmaq olmaz, düzgün üsul This PC bölməsindən USB üzərində sağ klik edib Open seçməkdir.

          Praktik təmizləmə və qorunma addımları

          Problemin həlli üçün USB-ni qoşduqdan sonra Komanda sətrini Administrator səlahiyyəti ilə açaraq gizlədilmiş faylları yenidən görünən etmək, daha sonra saxta qısayolları silmək lazımdır. Bununla iş bitmir, çünki bu virus təkcə USB-də olmur, əsasən kompüterin özündə gizlənir və hər qoşulan USB-ni yenidən yoluxdurur. Buna görə C:\Users\USERNAME\AppData\Roaming, C:\Users\USERNAME\AppData\Local və C:\ProgramData folderlərini yoxlamaq, burada adətən wscript.exe, autorun.vbs, svchost.vbs, system.vbs kimi şübhəli faylları silmək vacibdir. Daha sonra Win+R düymələri ilə shell:startup yazaraq açılan folderdə şübhəli .vbs, .exe və .bat fayllarını silmək lazımdır, çünki virus özünü hər açılışda avtomatik işə salmaq üçün buradan istifadə edir. Bununla yanaşı regedit açaraq HKEY_CURRENT_USER və HKEY_LOCAL_MACHINE bölmələrində Software\Microsoft\Windows\CurrentVersion\Run hissəsinə baxmaq və naməlum adlarla olan qeydləri silmək virusun yenidən aktivləşməsinin qarşısını alır. Bütün bu addımlardan sonra fayllar xilas edildikdən sonra USB-ni format etmək ən təhlükəsiz yanaşma hesab olunur. Bu virus çox köhnə olsa da, hələ də məktəblərdə, ofislərdə və ictimai kompüterlərdə aktiv yayılır və antivirus proqramları bəzən onu aşkar etmir, lakin istifadəçi virusun iş prinsipini bildikdə əl ilə tam təmizləmə mümkündür və ən vacibi, gələcəkdə USB-ni iki dəfə klik edib açmamağın nə qədər önəmli olduğu aydın olur.

          CLİ  yazdığınız əsas komanda aşağıdakı kimidir.

          E:
          attrib -h -r -s /s /d *.*
          del *.lnk
          del autorun.inf
          Burada  E: hərifi  yerinə sizin USB-nin hərfi yazılmalıdır.

          Əgər bu komandalarla vaxt itirmək istəmirsinizə aşağıdakı program təminatlarından istifadə edə bilərsiniz.

          1. UsbFix Shortcut Virus Remover –  https://www.usbfix.net/download-usbfix/
          2. MajorGeeks – https://www.majorgeeks.com/files/details/usbfix.html
          3. Autorun Shortcut USB Virus Remover – https://autorun-shortcut-usb-virus-remover.indir.com/windows
          4. Microsoft Safety Scanner – https://learn.microsoft.com/en-us/defender-endpoint/safety-scanner-download

           

          Dostlar, USB-də qısayol virusu ilə qarşılaşmaq artıq sizi qorxutmamalıdır. Ən vacibi, panikaya düşmədən düzgün addımları atmaqdır. CMD komanda  USB-nizi və kompüterinizi pulsuz və effektiv şəkildə təmizləyə bilərsiniz. Həmçinin, fayllarınızı backup etmək, USB-ni format etmək və gələcəkdə iki dəfə klik etmədən açmaq kimi sadə tədbirlər virusun təkrar yoluxmasının qarşısını alacaq.

          5

          Tags: Free Antivirusfree virus removalkısayol virüsü silmekısayol virüsünü kaldırmaMicrosoft Safety ScannerMSERTPulsuz Antiviruspulsuz virus silməkqısayol virusunu aradan qaldırmaqremove shortcut virusshortcut virus fixshortcut virus silməkücretsiz antivirüsücretsiz virüs temizlemeUSB güvenliğiUSB kısayol virüsüUSB qısayol virusuusb securityUSB shortcut virususb təhlükəsizlikUSB virus cleanerUSB virus removalUSB virus removerUSB virüs temizlemeUSB virüs temizleyiciusb virus təmizləməбезопасность USBбесплатное удаление вирусовБесплатный АнтивирусВирус ярлыка USBисправить вирус ярлыкаочистка USB от вирусовудаление вируса USBудалить вирус ярлыка
          Əvvəlki yazı

          Sıfırdan xaker ol- Ethical hacking və cyber security dərsləri (video)

          Növbəti Yazı

          Keyfiyyəti aşağı şəkilləri bir kliklə HD keyfiyyətinə çevirin

          Növbəti Yazı
          Keyfiyyəti aşağı şəkilləri bir kliklə HD keyfiyyətinə çevirin

          Keyfiyyəti aşağı şəkilləri bir kliklə HD keyfiyyətinə çevirin

          Bir cavab yazın Cavabı ləğv et

          Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

          POPULAR NEWS

          • WhatsApp-da silinmiş mesajları görmək

            WhatsApp-da silinmiş mesajları görmək

            1595 paylaşma sayı
            Paylaş 638 Tweet 399
          • Şəbəkə Administratorluğu üçün intervü sualı və cavabları

            1115 paylaşma sayı
            Paylaş 446 Tweet 279
          • IT Mütəxəssisləri üçün ən populyar pulsuz ingilis dili kitabları

            1043 paylaşma sayı
            Paylaş 417 Tweet 261
          • Kibertəhlükəsizlik sahəsi üçün intervü sualları

            974 paylaşma sayı
            Paylaş 390 Tweet 244
          • IT mütəxəssisləri üçün əhəmiyyətli olan komandalar

            823 paylaşma sayı
            Paylaş 329 Tweet 206
          • Gizlilik Siyasəti
          • Haqqımızda
          • Əlaqə
          Tərəftaşlıq üçün: info@rootlab.az
          No Result
          View All Result
          • Linux
          • Windows
          • Kibertəhlükəsizlik
            • Kibertəhlükəsizlik xəbərləri
          • Programlar
          • Digər
            • Database
            • DevOps
            • Git
            • Proqramlaşdırma dilləri
            • Dərsliklər
            • Mobil
            • Şəbəkə
          • Özünü Sına
          • Tool
          • FORUM

          © 2025 - Müəlif hüquqları qorunur! rootLAB.

          ILK-10 Azeri Website Directory MobTop.az