Hörmətli RootLab.az oxucuları, bu gün sizinlə birlikdə çoxunuzun axtardığı və maraq göstərdiyi bir mövzu haqqında danışacağıq. YouTube-dan videoları yükləmək çox sadə və rahat prosesdir. Bu məqalədə sizə ən populyar və istifadəsi asan metodları izah edəcəyik.
⚠️ Xəbərdarlıq – YouTube-dan video yükləyərkən müəllif hüquqlarına hörmət edin. Yalnız öz şəxsi istifadəniz üçün və ya icazə verilmiş videolar üçün yükləmə edin.
1. Onlayn saytlar vasitəsilə ən sadə üsul ilə yükləmək
Bu metod ən sadə və sürətli üsuldur. Heç bir proqram quraşdırmadan, brauzerinizdən istifadə edərək birbaşa video yükləyə bilərsiniz.
1.1. Y2mate.com
- Addım 1: YouTube-da bəyəndiyiniz videonu açın
- Addım 2: Videonun linkini (URL-ni) kopyalayın. Brauzerin yuxarı hissəsindəki ünvan sətrindən linki seçib Ctrl+C (və ya Mac-da Cmd+C) basaraq kopyalayın.
- Addım 3: Brauzerdə yeni səhifə açıb com saytına daxil olun
- Addım 4: Saytdaki boş xanaya kopyaladığınız linki yapışdırın (Ctrl+V və ya Cmd+V)
- Addım 5: “Start” və ya “Başla” düyməsinə basın
- Addım 6: İstədiyiniz keyfiyyəti seçin (HD, SD və s.) və “Download” düyməsinə basın
- Addım 7: Video kompüterinizə və ya telefonunuza yüklənəcək
2. SaveFrom.net saytı vastəsilə
Başqa bir populyar və etibarlı sayt SaveFrom.net-dir. İstifadəsi Y2mate ilə oxşardır
- YouTube video linkini kopyalayın
- SaveFrom.net saytına daxil olun
- Linki yapışdırıb “Download” düyməsinə basın
- Keyfiyyət seçin və yükləyin
2. Brauzer extension vasitəsilə
Əgər tez-tez video yükləyirsinizsə, brauzerinizə xüsusi əlavə quraşdıra bilərsiniz. Bu əlavələr YouTube-da videoya baxarkən birbaşa yükləmə düyməsi əlavə edir. Google chrome üçün
- Chrome Web Store-a daxil olun
- “Video Downloader” və ya “YouTube Downloader” axtarın
- Etibarlı əlavəni seçib “Add to Chrome” düyməsinə basın
- İndi YouTube-da hər hansı videoya baxarkən, videonun altında “Download” düyməsi görünəcək
Mozilla firefox üçün də eyni prosedir. Firefox Add-ons səhifəsinə daxil olub “Video Downloader” axtarıb quraşdırın.
3. Kompüter üçün proqramlar vasitəsi ilə
Daha professional yanaşma üçün kompüterinizə xüsusi proqram quraşdıra bilərsiniz. Bu proqramlar daha çox imkanlar təqdim edir.Bu proqram Windows, Mac və Linux üçün mövcuddur və çox sadə interfeysi var.Bu programın üstünlükləridə vardır.Yüksək keyfiyyətli video yükləmək,bütün playlisti bir anda yükləmək.Sadəcə səs faylı olaraq (MP3) yükləmək
- Addım 1: Sayta daxil olun: https://4kdownload.com/com
- Addım 2: Proqramı yükləyib kompüterinizə quraşdırın
- Addım 3: Proqramı açın
- Addım 4: YouTube video linkini kopyalayın
- Addım 5: Proqramda “Paste Link” düyməsinə basın (link avtomatik yapışacaq)
- Addım 6: Keyfiyyət və formatı seçin
- Addım 7: Download düyməsinə basın
Mobil telefon üçün appilcationlar.Telefonunuzdan birbaşa video yükləmək istəyirsinizsə, xüsusi appilcationlar-da var.Android üçün olan programalrda vardır.Qeyd: Google Play Store-da YouTube video yükləyən tətbiqləri birbaşa tapmaq çətindir, çünki bu, YouTube qaydalarına ziddir. Amma alternativ mağazalardan və ya saytlardan APK faylı yükləyə bilərsiniz.Populyar appilcation-lar bunlardır. TubeMate, VidMate, Snaptube
iPhone/iPad üçün,iOS üçün ən yaxşı yol onlayn saytlardan istifadə etməkdir. Safari brauzerində saytları açıb, video linkini yapışdırıb yükləyə bilərsiniz.
Telefonda “ss” triki -də vardır.Bu, ən sürətli və sadə metodlardan biridir.
- Addım 1: Telefonunuzda YouTube tətbiqini açın
- Addım 2: Yükləmək istədiyiniz videonu tapın
- Addım 3: Video linkini kopyalayın (Share → Copy Link)
- Addım 4: Brauzerinizi açın (Chrome, Safari və s.)
- Addım 5: Linki ünvan sətirinə yapışdırın və “youtube” sözündən sonra “ss” əlavə edin
- Addım 6: Enter basın – avtomatik yükləmə saytına keçiriləcəksiniz
- Addım 7: Download düyməsinə basıb videoyu yükləyin
Aşağıdakı nümunə kimi Yükləmək istdəiyiniz youtube kanalının url-in ss yazısı atdıqdan sonra youtubess.com/watch?v=abc123
YouTube-dan video yükləmək çox sadədir! Bu məqalədə sizə göstərdiyimiz metodlardan istifadə edərək, asanlıqla istədiyiniz videoları yükləyə bilərsiniz. Hansı metodun sizin üçün daha əlverişli olduğuna qərar vermək sizə qalmışdır.
Unutmayın – Müəllif hüquqlarına hörmət edin və yükləmələri yalnız şəxsi istifadə üçün edin!



