Salam, hörmətli RootLab.az oxucuları.
CompTIA A+ sertifikatına hazırlaşanların ən çox ehtiyac duyduğu məsələlərdən biri öz biliklərini test etməklə yanaşı, imtahan formatına da əvvəlcədən uyğunlaşmaqdır. Mövzuları oxumaq vacibdir, amma yalnız nəzəri məlumatları bilmək hər zaman kifayət etmir. Qarşınıza çıxan sualı düzgün analiz etmək, verilən variantlar arasından ən uyğun cavabı seçmək və bunu müəyyən vaxt ərzində etmək də imtahan hazırlığının bir hissəsidir.Bu səbəbdən bugünkü materialımızda CompTIA A+ hazırlığı üçün 90 test sualını və düzgün cavablarını bir araya gətirmişik.Suallar müxtəlif mövzuları əhatə edir. Hardware, Windows, networking, security, troubleshooting və digər əsas İT istiqamətləri üzrə hazırlanan bu testlərlə həm özünüzü yoxlaya, həm də hansı mövzularda əlavə çalışmağa ehtiyacınız olduğunu müəyyən edə bilərsiniz.Testi həll edərkən kiçik bir tövsiyəmiz var: ilk cəhddə cavablara baxmadan sualları özünüz cavablandırın. Nəticənizi qeyd etdikdən sonra düzgün cavablarla müqayisə edin. Səhv etdiyiniz sualları isə sadəcə yadda saxlamaq əvəzinə həmin mövzunu yenidən nəzərdən keçirin.Məsələn, hardware suallarında çətinlik çəkirsinizsə, kompüter komponentlərini; networking bölməsində səhvləriniz çoxdursa, IP addressing, portlar və protokolları; troubleshooting suallarında çətinlik yaşayırsınızsa, problemin mərhələli şəkildə müəyyənləşdirilməsi üsullarını təkrar etmək faydalı olacaq.Bu material həm imtahana yeni başlayanlar, həm də artıq müəyyən hazırlıq keçmiş və özünü yoxlamaq istəyənlər üçün istifadə oluna bilər.
İndi isə gəlin görək, 100 sualdan neçəsinə düzgün cavab verə biləcəksiniz.
Uğurlar!
RootLab.az komandası



